Web desgin xidmətləri

Web Tasarım & Yazılım Hizmeti

 

SİZİN ÜÇÜN NECƏ SAYT QURA BİLƏRİK

«AyHost Dizayn» şirkətində yaradılmış vebsayt – uzunmüddətli bir həlldir.

- Biz müasir, keyfiyyətli, layiqli imic yaradan və müştərilərin statusunu vurğulayan saytlar hazırlayırıq. 
- Hər layihə üçün eksklüziv dizayn və orijinal proqram təminatı təqdim edirik. 
- Nəticə olaraq Sifarişçiyə onun biznesi haqqında İnternetdə dolğun məlumat verən, satışları artıran çevik alət verilir. 
- Məlumatın çatdırılması üçün istifadə edilən düşünülmüş, effektiv formaların sayəsində yaradacağımız sayt Müştərinin məhsul və xidmətlərinin inkişafı üçün apardığı müxtəlif marketinq tədbirlərini əks etdirəcək. 
- Semantik baxımdan tam məntiqlə yığılan saytlarımız həm də axtarış mexanizmləri tərəfindən rahatlıqla indeksləşdirilir. 
- Müştəriyə etibarlı və 100% hazır, təhlükəsizlik tələblərinə tam cavab verən sayt təhvil veririk. 
- Studiyamızda yığılan sayt istismarda son dərəcədə rahatdır, üstəlik layihəni təhvil verəndə mütəxəssislərimiz onun istifadəsi üzrə təlim keçirir – belə ki, saytın idarəedilməsi üçün əlavə işçi götürməyə ehtiyac qalmır. 
- Şirkətimiz, təhvil verilən layıhələr üçün xüsusi «sınaq» dövrü də təklif edir – saytın işə salınmasından sonra Sifarişçi 1-2 ay müddətində mümkün olan kiçik düzəlişlər etdirə bilər. Bundan sonra «AyHost Dizayn» tərəfindən texniki dəstək də təmin olunur. 
- Yaratdığımız saytları heç vaxt diqqətsiz qoymuruq – onları mütəmadi şəkildə izləyir, yoxlayır, serverdə proqram təminatı yenilənəndə lazımi dəyişiklikləri əlavə edirik, brauzerlərin yeni versiyalarında əksetmə dəyişiklikləri yarananda həmin problemləri həll edir, aşkar olan bəzi səiflikləri aradan qaldırırıq.

Saytı «AyHOST Dizayn»-da sifariş etmək düşünülmüş sərmayedir, çünki hazırladığımız sayt sizə uzun illər dividentlər gətirəcək.

 

Saytlara texniki dəstək


Çox iş adamı sayt hazırlanması zamanı şirkətin tarixçəsinə, əl işlərinə, müştərilərinin rəylərinə fikir vermədən seçim edir. Bu isə öz növbəsində əksər hallarda eyni şirkət üçün ikinci dəfə xərc çəkilməsinə gətirib çıxarır. Məsələn, aşağıdakı hallar bizə müraciət zamanı ən çox qarşılanan problemlərdir:

— Saytı hazırlayan şəxsin lazımi düzəlişləri çox gec icra etməsi, operativliyin olmaması
— Saytı hazırlayan şəxslə əlaqənin kəsilməsi
— Saytı hazırlayan şəxs artıq başqa işdə çalışdığı üçün kömək edə bilməməsi
— Saytı hazırlayan şəxsin sayta əlavə olunacaq funksiyanı inteqrasiya edə bilməməsi
— Saytı hazırlayan şəxs dəyişiklik üçün real olmayan ödəniş tələb etməsi
— Saytı hazırlayan şəxsin lazımi düzəlişləri çox gec icra etməsi, operativliyin olmaması

 

Əgər yuxarıdakı problemlərdən birini yaşayırsınızsa və saytınıza hər-hansı xidmət göstərilməsi lazımdırsa, operativlikdə rəqib tanımayan şirkətimizə mürəciət edərək bu problemləri ən sürətli şəkildə həll edə bilərsiniz:

— Saytın açılış sürətinin optimizasiyası
— Saytda texniki qüsurların aradan qaldırılması
— Yeni funksiya və səhifələrin yazılması
— Dizaynın dəyişdirilməsi
— Saytın mobil versiyasının hazırlanması (bütün ekranlara adaptivlik)
— Onlayn ödəmə, SMS ödəmə sistemlərinin inteqrasiyası
— Hosting, domain məsələlərində yardım
— Saytın stabil işləməsinə 24 saat nəzarət
— Şirkət emaillərinin açılması və işləməsinə nəzarət
— Digər texniki məsələlər